Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb
# 10 iyul 2020 12:14 (UTC +04:00)

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 9-da saat 15 radələrində Qəbələ rayonunun Hacallı kəndi ərazisində Böyük Əmilli kənd sakini R.Məhərrəmov idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən Bayramkoxa kənd sakini Eyyub Rəsulovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR