Şabranda ana və oğlunu qətlə yetirən şəxsin məhkəməsi başlayır

Şabranda ana və oğlunu qətlə yetirən şəxsin məhkəməsi başlayır
# 12 noyabr 2020 09:36 (UTC +04:00)

Şabranda ana və oğlunu güllələyərək qətlə yetirməkdə təqsirli bilinən Nahid İslamovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, aprelin 11-də Şabranın Zeyvə kəndində 1986-cı il təvəllüdlü İslamov Nahid Eynulla oğlu gecə həmkəndliləri - 1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu, 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR