Şirvanda avtomobil piyadanı vuraraq xəsarət yetirib

Şirvanda avtomobil piyadanı vuraraq xəsarət yetirib
# 22 sentyabr 2020 23:07 (UTC +04:00)

Şirvanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

“BMW” markalı avtomobil yolu keçən Şirvan sakini, 1962-ci il təvəllüdlü Şıxəliyev Əmrulla Yadulla oğlunu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR