Şirvanda zəncirvari qəza olub, ölən var - FOTO

Şirvanda zəncirvari qəza olub, ölən var - FOTO
# 07 sentyabr 2020 15:44 (UTC +04:00)

Şirvanda piyadanı vuran avtomobil zəncirvari qəza törədib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

“Saipa” markalı avtomobil sürətlə hərəkətdə olarkən idarəetməni itirərək piyada olan taksi sürücüsünə və yol kənarında dayanan “VAZ 2106” və “VAZ 21011” markalı taksilərə çırpılıb.

Nəticədə piyada və avtomobildə olan sürücü ağır xəsarətlərlə Hacıqabul rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralılardan biri vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR