Şəmkirdə yas mərasimi keçirmək istəyənlər cərimələnib

Şəmkirdə yas mərasimi keçirmək istəyənlər cərimələnib
# 05 may 2021 16:22 (UTC +04:00)

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları rayonun Dəllər qəsəbəsi ərazisində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyini müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb. Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edən də daxil olmaqla, bir neçə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib edilib.

Digər iştirakçılarla bir daha profilaktiki söhbətlər aparılıb, karantin rejiminə riayət etmələri barədə xəbərdarlıq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR