"Torqovı"da baş verən yanğın söndürülüb - YENİLƏNİB

"Torqovı"da baş verən yanğın söndürülüb - YENİLƏNİB
# 22 sentyabr 2020 15:52 (UTC +04:00)

Bakıda baş verən yanğın söndürülüb.

APA-nın məlumatına görə, Səbail rayonu, Nizami küçəsi, 91 ünvanında yerləşən geyim dükanında baş verən yanğın əraziyə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

***

saat 15:38

Bakıda mağaza yanır.

APA-nın məlumatına görə, yanğın Səbail rayonu, Nizami küçəsi, 91 ünvanında yerləşən geyim dükanında qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

FHN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, yanğın artıq məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR