ABŞ-da sinaqoqda atəş açan şəxsə ömürlük həbs cəzası verilib

ABŞ-da sinaqoqda atəş açan şəxsə ömürlük həbs cəzası verilib
# 01 oktyabr 2021 05:50 (UTC +04:00)

ABŞ məhkəməsi 2019-cu ildə Kaliforniya sinaqoqunda atəş açan 22 yaşlı Con İrnestə ömürlük həbs cəzası verib.

APA xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, qərar vaxtından əvvəl azad edilmə hüququ olmadan ömürlük həbs cəzasını nəzərdə tutur. İrnest günahını etiraf etməsi səbəbindən ölüm cəzasından yayınmağı bacarıb.

Xatırladaq ki, 27 aprel 2019-cu ildə Con İrnest Pouey sinaqoqunda insanlara atəş açmışdı. Silahlı hücum nəticəsində 1 nəfər ölmüş, 3 nəfər yaralanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR