ABŞ mütəxəssisləri FHN əməkdaşları üçün seminar keçirir - FOTO

ABŞ mütəxəssisləri Bakıda FHN əməkdaşları üçün seminar keçirir

© APA | ABŞ mütəxəssisləri Bakıda FHN əməkdaşları üçün seminar keçirir

# 07 sentyabr 2021 15:28 (UTC +04:00)

Bu gündən Bakı şəhərində ABŞ Müdafiə Departamenti Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (TAMA) təşkilatçılığı ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün seminara start verilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, sentyabrın 9-dək davam edəcək seminar “Kütləvi Qırğın Silahlarının Qarşısının Alınması üzrə Birgə Təhlükəsiz Əməkdaşlıq Proqramı” çərçivəsində təşkil edilib.

Tədbirin açılış mərasimində çıxış edən Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev seminarın əhəmiyyətindən danışıb. Tədbir iştirakçılarına FHN-in fəaliyyət istiqamətləri barədə də ətraflı məlumat verilib.

Sonra çıxış edən ABŞ Müdafiə Departamenti Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin baş analitiki Robert Kvinn seminar haqqında geniş məlumat verib. Bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) sahəsində təcrübə mübadiləsinin aparılması və biliklərin artırılmasıdır.

Bundan sonra seminar öz işinə başlayıb. Qeyd olunub ki, seminar zamanı iştirakçılar müvafiq təqdimatları izləyəcək, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və fəsadlarının idarə olunmasına dair təlim və müzakirələrə cəlb olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR