Abşeron rayonunda fərdi yaşayış evində yanğın olub

Abşeron rayonunda fərdi yaşayış evində yanğın olub
# 10 oktyabr 2021 21:32 (UTC +04:00)

Abşeron rayonunun Fatmayı kəndində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 130 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar qismən yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR