Abşeronda 15 yaşlı yeniyetməni vuraraq qaçan sürücü tutulub

Abşeronda 15 yaşlı yeniyetməni vuraraq qaçan sürücü tutulub
# 04 noyabr 2021 12:20 (UTC +04:00)

Abşeronda 15 yaşlı yeniyetməni vuraraq qaçan sürücü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 1-də saat 18 radələrində Abşeron rayonunun Güzdək kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Atyalı qəsəbə sakini, 15 yaşlı S.Balakişiyeva vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21074” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü, Şamaxı rayon sakini H.Həsənov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR