Abşeronda ev əşyalarını balkondan tullayan qadın polisə çağırılıb

Abşeronda ev əşyalarını balkondan tullayan qadın polisə çağırılıb
# 27 oktyabr 2021 21:28 (UTC +04:00)

Abşeronda ev əşyalarını balkondan tullayan qadın polisə dəvət olunub.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat verib.

O bildirib ki, 1978-ci il təvəllüdlü qadın Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həkim nəzarəti ilə idarəyə dəvət olunub: "Hazırda onun müvafiq müalicə mərkəzinə yerləşdirilməsi ilə bağlı iş aparılır. Yaxın dəqiqələrdə ixtisaslaşmış həkim briqadasına təhvil veriləcək. Bu barədə qohumları məlumatlandırılıb.
Qadın həmin ünvanda tək yaşayıb, heç bir təzyiqə və zorakılığa məruz qalmayıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR