Abşeronda iki avtomobil toqquşub, xəsarət alan var

Abşeronda iki avtomobil toqquşub, xəsarət alan var
# 24 may 2021 14:05 (UTC +04:00)

Abşeronda minik avtomobilləri toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində “BАЗ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR