Abşeronda "patı" çəkən xətt avtobusunun sürücüsü həbs edilib

Abşeronda "patı" çəkən xətt avtobusunun sürücüsü həbs edilib
# 24 iyul 2021 19:01 (UTC +04:00)

Abşeronda 142 saylı xətt avtobusunu idarə edərkən narkotik vasitədən istifadə edən Allahverdi Bədəlov həbs edilib.

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib.

DYP rəsmisi bildirib ki, Abşeron rayon Məhkəməsinin qərarı ilə A.Bədəlov 10 sutka inzibati həbs edilib. O, həmçinin 1 illik sürücülük hüququndan məhrum olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR