Abşeronda tanışını qətlə yetirən şəxs barəsində cinayət işi açılıb

Abşeronda tanışını qətlə yetirən şəxs barəsində cinayət işi açılıb
# 31 may 2021 14:31 (UTC +04:00)

Abşeron rayonunda tanışını qətlə yertirən şəxs barəsində cinayət işi açılıb.

Abşeron Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, mayın 30-da Həsənov Sərdar Sabir oğlunun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan aşdırmalarla zərərçəkmişin tanıdığı Dünyamalıyev Vüsal Şahin oğlunun şəxsi münasibətlər zəmnində hərbi təyinatlı süngü bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Sərdar Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Vüsal Dünyamalıyev könüllü olaraq cinayət aləti olan süngü bıçağını təqdim edərək təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR