Abşeronda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO - VİDEO

Abşeronda üç avtomobil toqquşub, xəsarət alan var - FOTO  - VİDEO
# 22 oktyabr 2021 03:35 (UTC +04:00)

Masazır qəsəbəsində yol qəzası zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində baş verib.

Belə ki, “Vaz 2106” markalı nəqliyyat vasitəsinin sürücüsü sola manevr edərkən qəfil onunla üzbəüz hərəkətdə olan “Vaz 2107”-nin sürücüsü idarəetməni itirərək manevr etmək istəyən maşına çırpılıb. Zərbənin gücündən “Vaz 2106” hərəkətdə olan “Niva”-ya çırpılıb.

Qəza nəticəsində “Vaz2106”-nın sürücüsü xəsarət alıb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR