Abşeronda yoldan çıxan avtomobil işıq dirəklərini aşırıb - VİDEO

avtomobil işıq dirəklərini aşırıb

© APA | avtomobil işıq dirəklərini aşırıb

# 19 noyabr 2021 23:53 (UTC +04:00)

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Saray qəsəbəsində baş verib.

Qəsəbənin T.Alverdiyev küçəsindən keçən yolda hərəkətdə olan "Chevrolet" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yoldan çıxarıb.

Nəticədə yol kənarında olan bir neçə işıq dirəyini və yol nişanlarını aşırıb. Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb, nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.

Əraziyə polis əməkdaşları və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Xəsarət almış sürücüyə tibbi yardım göstərilib. Qəzaya görə yolda qısa müddətli tıxac yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR