Aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb

# 13 oktyabr 2021 09:25 (UTC +04:00)

Aeroport yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Bunu APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, hazırda hüquq-mühafizə orqanın əməkdaşları hadisə yerindədir, müvafiq ekspertizalar təyin olunacaq.

Qeyd edək ki, bu gün səhər saatlarında Aeroport yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 99 DH 343 dövlət nömrə nişanlı, "Mercedes” markalı yük avtomobilinin 171 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən 10 TH 116 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılması nəticəsində ilkin məlumata görə, 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR