Ağcabədi sakini həmkəndlisini güllələyib - FOTO

Ağcabədi sakini həmkəndlisini güllələyib  - FOTO
# 04 noyabr 2021 21:48 (UTC +04:00)

Ağcabədi rayonunun Kəhrizli kəndində qətl hadisəsi qeydə alınıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, Nuriyev Məharət Məhəmməd oğlu həmkəndlisi, 1985-ci il təvəllüdlü Həsənov Rahib Zakir oğlunu odlu silahla öldürüb.

Hadisə şahidlərinin sözlərinə görə, M.Nuriyev həmkəndlisini öldürdükdən sonra rayon polis şöbəsinə təslim olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR