Ağcabədi sakinindən odlu silah-sursat aşkar edilib - FOTO

Ağcabədi sakinindən odlu silah-sursat aşkar edilib - <span class="red_color">FOTO

© APA | Keçmiş məhkumdan odlu silah-sursat aşkar edilib

# 17 iyun 2021 17:12 (UTC +04:00)

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib. 
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Avşar kənd sakini, əvvəllər məhkum edilmiş İlqar Şirinov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” avtomatı, içərisinədə 30 ədəd 5.45 kalibrli patronlar olan avtomat sandığı, 1 ədəd əl qumbarası və içərisində barıt olan 1 ədəd sellofan torba aşkar edilərək götürülüb.
 
Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR