Ağcabədidə eyni gündə 5 otaqlı ev və minik avtomobili yanıb

Ağcabədidə eyni gündə 5 otaqlı ev və minik avtomobili yanıb
# 12 iyul 2021 08:38 (UTC +04:00)

Ağcabədi rayonunun Sarvanlar kəndində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, rayonunun Aşağı Avşar kəndində isə ümumi sahəsi 156 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 106 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR