Ağcabədidə keçmiş məhkumdan narkotik və odlu silah götürülüb

Ağcabədidə keçmiş məhkumdan narkotik və odlu silah götürülüb
# 14 iyun 2021 11:47 (UTC +04:00)

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Hacıyev idarə etdiyi avtomobillə birgə şəhər ərazisində saxlanılaraq Rayon Polis Şöbəsinə  gətirilib. Saxlanılarkən onun avtomovilindən silah da aşkar edilib. Onun avtomobilinə baxış keçirilən zaman 2 ədəd polietilen torbada təmiz çəkisi 100 qram olan heroin və 1 ədəd “Makarov” tipli tapança aşkar edilərək götürülüb. 
Faktla bağlı araşdırmalar davam etdirilir.   

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR