Ağcabədidə məcburi köçkün qəsəbəsində yanğın olub

Ağcabədidə məcburi köçkün qəsəbəsində yanğın olub
# 12 noyabr 2021 11:38 (UTC +04:00)

Ağcabədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun Ümid qəsəbəsində yerləşən binanın 5-ci mərtəbəsində başlayan yanğın dam örtüyünə də keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon yanğınsöndürmə bölməsinin iki maşını və işçi qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR