Ağcabədidə yanan evdə 3 nəfər həlak olub - YENİLƏNİB - VİDEO - FOTO

Ağcabədidə yanan ev

© APA | Ağcabədidə yanan ev

# 02 dekabr 2021 03:02 (UTC +04:00)

Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə baş verən evdə 3 nəfər yanaraq ölüb.

Bunlar 1991-ci il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, bir yaş yarımlıq Kərimov Pünhan Miri oğlu və Kərimova Nalə İsa qızıdır. Həlak olanlar bir ailənin üzvləridir. Kərimov Miri post patrul xidmətinin komandiridir.

****

02.31

Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi evdə yanğın qeydə alınıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, əraziyə FHN-nin Ağdam və Ağcabədi rayonlarının yanğından mühafizə bölməsinin maşını və əməkdaşları və FHN- Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Qəsəbə sakini Kərimov Firdovsi Pənah oğluna məxsus evdə baş verən yanğında 2 nəfər evdə qalıb. Hadisə yerinə çağrılan FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri yanğın ərazisindən çıxararaq təcili tibbi yardım əməkdaşlarına təhvil verib. Hazırda yanğın davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR