Ağdam sakini əmisi oğlunu qətlə yetirib

Ağdam sakini əmisi oğlunu qətlə yetirib
# 19 iyul 2021 09:50 (UTC +04:00)

Ağdam sakini əmisi oğlunu bıçaqla qətlə yetirib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Mahrızlı kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Gərayev Gəray  İlham oğlu əmisi oğlu, Gərayev Ülvi Qalib oğlu tərəfindən bıçaqla vurulub. Nəticədə G. Gərayev hadisə yerində ölüb. Hadisəni törədən Ü. Gərayev hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR