Ağdam sakini Şəkidə suda boğulub - VİDEO - YENİLƏNİB

Ağdam sakini Şəkidə suda boğulub - VİDEO  - YENİLƏNİB
# 03 iyun 2021 08:28 (UTC +04:00)

Şəkidə 35 yaşlı kişi su anbarında boğularaq ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə iyunun 2-dən 3-nə keçən gecə Şəki rayonu Şorsu kənd inzibati ərazisinin yaxınlığındakı Əyriçay su anbarında baş verib.

1986-cı ildə Ağdam rayonunda anadan olan, hazırda Şəki rayonu ərazisində məskunlaşan Vüsal Sabir oğlu Həsənov suda boğularaq ölüb. V.Həsənovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR