Ağdamda 4 gündür itkin düşən 43 yaşlı kişinin axtarışları davam edir - FOTO - VİDEO

İtkin düşən Cəsarət Hətəmxanov

© APA | İtkin düşən Cəsarət Hətəmxanov

# 10 iyun 2021 17:49 (UTC +04:00)

Ağdamda 4 gündür itkin düşən 43 yaşlı kişinin axtarışları davam edir.

İtkin düşən Cəsarət Hətəmxanovun atası Səyyaf Hətəmxanovun APA-ya verdiyi xəbərə görə, yoxa çıxdığı gün Ağdamın işğaldan azad olunan ərazilərindən şəkil göndərən oğlunun axtarışına ANAMA, DİN və Müdafiə Nazirliyinin əməkdaşları cəlb olunub. O bildirib ki, Cəsarət Hətəmxanovun itkin düşdüyü ehtimal olunan yerlərdə dronla axtarış aparılır.

Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində məzar daşlarının bərpası sexində sürücü işləyir. Sonuncu dəfə 4 gün əvvəl işlədiyi məzar daşlarının bərpası sexindən növbəti qəbir daşını düzəltmək üçün gedib və geri qayıtmayıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib.

C.Hətəmxanovu görən şəxslərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə və onun atası Səyyaf Hətəmxanova məxsus (050) 302 3563 mobil nömrəsinə xəbər vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR