Ağdamda iki avtomobil toqquşub, xəsarət alanlar var

Ağdamda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 16 iyul 2021 10:16 (UTC +04:00)

Ağdamda “VAZ” markalı iki avtomobil toqquşub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xındırıstan kəndində baş verib. Hərəkətdə olan “VAZ 2107” markalı “90 LU 147” dövlət nömrəli avtomobil qarşıdan gələn “VAZ 2106” markalı “02 BM 284” dövlət nömrəli avtomobillə toqquşub . Nəticədə hər iki avtomobilin sürücüsü və bir sərnişin xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR