Ağdamda işğaldan azad olunan ərazidə 1 tondan artıq narkotik aşkar edilib

Ağdamda işğaldan azad olunan ərazidə 1 tondan artıq narkotik aşkar edilib
# 03 iyun 2021 09:30 (UTC +04:00)

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, rayonun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində çəkisi 1 ton 200 kiloqram olan 1500 ədəd, Əliağalı kəndində isə çəkisi 20 kiloqram olan 50 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR