Ağdamda karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb

Ağdamda karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb
# 19 iyul 2021 11:47 (UTC +04:00)

Ağdam Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pozuntu hallarının baş verdiyi toy məclisləri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, yoxlamalar zamanı “Araz” və “Sərin” şadlıq saraylarında keçirilən toy mərasimlərinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi aşkar edilərək, restoranlara cavabdeh şəxslər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.

Davam etdirilən digər tədbirlərlə isə fərdi yaşayış evində keçirilən toy məclisində də karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb. Həmin məclisdə qonaqların sayı normadan artıq olduğu müəyyən edilib. Qayda pozuntusu ilə əlaqədar ev sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR