Prokurorluq Ağdamda “Körpü-Bina-Tikinti”nin əməkdaşının minaya düşməsi ilə bağlı məlumat yayıb

Prokurorluq Ağdamda “Körpü-Bina-Tikinti”nin əməkdaşının minaya düşməsi ilə bağlı məlumat yayıb
# 21 sentyabr 2021 09:55 (UTC +04:00)

Sentyabrın 21-də saat 01 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator yükləyici traktor tank əleyhinə minaya düşüb.

Ağdam rayon prokurorluğundan APA-ya verilən məlumata görə, nəticədə sürücü, 1972-ci il təvəllüdlü Zəfər Ağayev müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR