Ağdamda yol tikintisi zamanı ekskavator minaya düşüb, bir nəfər yaralanıb - VİDEO

Ağdamda yol tikintisi zamanı ekskavator minaya düşüb, bir nəfər yaralanıb - VİDEO
# 21 sentyabr 2021 00:41 (UTC +04:00)

Ağdam rayonunda yol tikintisi zamanı istifadə edilən ekskavator tank əleyhinə minaya düşüb.

APA-nın əldə etdiyi məlumata görə, rayonun Qərvənd kəndi ərazisində baş verən hadisə nəticəsində Qubadlı sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu ağır yaralanıb, texnikaya ciddi ziyan dəyib.

Partlayış zamanı yaralanan şəxs Bərdə Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR