Ağdaş sakini əmisi oğlunu bıçaqlayıb

Ağdaş sakini əmisi oğlunu bıçaqlayıb
# 02 sentyabr 2021 11:05 (UTC +04:00)

Ağdaş rayonunda qohumlar arasında baş verən dava qan tökülməsi ilə nəticələnib.

APA-nın yerli bürosunun xəbərinə görə Ağdaş rayon Qaradeyin kənd sakini 1991-ci il təvəllüdlü Samir Məmişovla əmisi oğlu Paşa Məmişov arasında torpaq üstündə mübahisə yaranıb.

Nəticədə Samir Məmişov Paşa Məmişova bıçaqla xəsarət yetirib. O, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təqdim olunub.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR