Ağdaş sakini qardaşını güllələyərək öldürüb - VİDEO - YENİLƏNİB

Ağdaş sakini qardaşını güllələyərək öldürüb - VİDEO  -  YENİLƏNİB
# 18 iyun 2021 21:10 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


10:22

Ağdaş rayonunda iki qardaş arasında baş verən dava qətllə nəticələnib. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Abad kənd sakini Ələşrəfov Mustafa Qulu oğlu aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq qardaşı, 1968-il təvəllüdlü Ələşrəfov Qələndər Qulu oğlunu güllələyib. Q.Ələşrəfov aldığı xəsarətlər səbəbindən dünyasını dəyişib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən tutulub. Qətlin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR