Ağdaşda keçmiş məhkum oğurluğa görə saxlanılıb - VİDEO

Saxlanılan şəxs

© APA | Saxlanılan şəxs

# 22 noyabr 2021 11:21 (UTC +04:00)

Ağdaş Rayon Polis Şöbəsinə rayonun Ləki qəsəbəsində yerləşən avtomobil yuma məntəqəsinin saxlanc yerindən plastik boruların və müxtəlif işıqlandırma avadanlıqlarının oğurlanması barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin əvvəllər də məhkum olunmuş, Ləki qəsəbə sakini, 20 yaşlı Əşrəf Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin Abad kəndindəki mağazadan da siqaret, telefon danışıq kartları, pul, eləcə də müxtəlif ərzaq məhsulları oğurladığı və zərərçəkmişə 1063 manat dəyərində maddi ziyan vurduğu məlum olub.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR