Ağdaşda minik və yük avtomobilləri toqquşub, 2 nəfər ölüb, bir nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB - VİDEO

Ağdaşda minik və yük avtomobilləri toqquşub, 2 nəfər ölüb, bir nəfər xəsarət alıb - FOTO  - YENİLƏNİB  - VİDEO
# 29 iyun 2021 13:40 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

08:48

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ağdaşın Ləki qəsəbəsi ərazisindən keçən hissəsində "Mercedes" markalı minik və "MAN" markalı yük avtomobillərinin toqquşması nəticəsində 2 nəfər - Zamir İbrahimov və Şamil Həlləyev ölüb, bir nəfər ağır xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

***

Saat 06:11

Bakı-Qazax avtomagistralında ağır yol qəzası baş verib.

APA-ın Mingəçevir bürosunun məlumatına görə, hadisə magistralın Yevlax-Ləki nahiyəsində baş verib. Baş vermiş ağır yol nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Hazırda hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları və həkim briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR