Ağdaşda qardaşını güllələyən şəxslə bağlı cinayət işi başlanıb

Ağdaşda qardaşını güllələyən şəxslə bağlı cinayət işi başlanıb
# 18 iyun 2021 12:30 (UTC +04:00)

İyunun 17-i saat 23 radələrində 1968-ci il təvəllüdlü Qələndar Aləşrəfovun Ağdaş rayonunun Abad kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdaş rayon prokurorluqdan APA-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı, 1959-cu il təvəllüdlü Mustafa Aləşrəfovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qələndar Aləşrəfova odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mustafa Aləşrəfov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR