Ağstafa sakini ehtiyatsızlıqdan ciddi xəsarət alıb

Ağstafa sakini ehtiyatsızlıqdan ciddi xəsarət alıb
# 24 iyun 2021 20:31 (UTC +04:00)

Ağstafada bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Nəsibov Elman Adil oğlu kombaynla işləyən zaman xəsarət alıb. 34 yaşlı kişi dərhal xəstəxanaya yerləşdirilib. Onun sağ əlinin bir barmağı amputasiya olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR