Ağstafa sakini naməlum şəraitdə bıçaqlanıb

Ağstafa sakini naməlum şəraitdə bıçaqlanıb
# 21 avqust 2021 08:01 (UTC +04:00)

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Şıxəli Qurbanov küçəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü İsmaylov Bəxtiyar qarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. 43 yaşlı kişinin hansı səbəbdən bıçaq xəsarəti alması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR