Ağstafada XI sinif şagirdini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Ağstafada XI sinif şagirdini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
# 24 oktyabr 2021 22:52 (UTC +04:00)

Ağstafada XI sinif şagirdini bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni Cəlilabad rayon sakini 2006-cı il təvəllüdlü K.Musayev törədib.

O, polis tərəfindən saxlanılıb. İlkin ifadəsində cinayəti törədiyini etiraf edib.
Fakla bağlı araşdırma aparılır.

21:10

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.

2004-cü il təvəllüdlü Sadıqov Sadiq bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib.

İlkin məlumata görə, 17 yaşlı oğlan tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR