Ağstafada 14 yaşlı yeniyetməni maşın vurub

Ağstafada 14 yaşlı yeniyetməni maşın vurub
# 22 may 2021 07:54 (UTC +04:00)

Ağstafada piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Göycəli kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçmək istəyən 2007-ci il təvəllüdlü Cavid Oruclunu vurub.

14 yaşlı yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR