Ağstafada 4 tona yaxın narkotik bitki məhv edilib

Ağstafada 4 tona yaxın narkotik bitki məhv edilib
# 17 iyun 2021 10:50 (UTC +04:00)

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Həzi Aslanov qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, ümumi çəkisi 3950 kiloqram olan, 14240 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR