Ağstafada 59 yaşlı qadın 43 gündür itkin düşüb - FOTO

Mustafayeva Lalə Sayad qızı

© APA | Mustafayeva Lalə Sayad qızı

# 20 avqust 2021 15:06 (UTC +04:00)

Ağstafada 59 yaşlı qadın 43 gündür itkin düşüb.

İtkin düşən 1962 il təvəllüdlü Mustafayeva Lalə Sayad qızının yaxınlarının APA-ya verdiyi məlumata görə, o, bu il iyulun 7-də Ağstafa Mərkəzi Xəstəxanasının kiçik tibb bacısı tərəfindən (həkimin göstərişi ilə) Bakıya yola salınıb. Lalə Mustafayevanın həmin vaxtdan itkin düşdüyü bildirilir.

Bu şəxsi tanıyanlardan və görənlərdən xahiş olunur ki, +994 55 600 22 23 nömrəsi ilə əlaqə saxlasınlar, yaxud Binəqədi rayonu 40-cı Polis bölməsinə məlumat versinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR