Ağstafada avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB - VİDEO

Ağstafada avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB  - VİDEO
# 24 sentyabr 2021 07:58 (UTC +04:00)

Ağstafada avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Yuxarı Göycəli kəndində vurulan piyada 1975-ci il təvəllüdlü Əliyev İbrahim Zabit oğlu həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

23 sentyabr, saaat 21:45

Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Göycəli kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əliyev İbrahim Zabit oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR