Ağstafada dərs vaxtı şagird şagirdi bıçaqlayıb

Ağstafada dərs vaxtı şagird şagirdi bıçaqlayıb
# 03 dekabr 2021 09:41 (UTC +04:00)

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə qeydə alınıb.

2010-cu il təvəllüdlü B. O. döş qəfəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məktəbli dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

O, məktəbdə 5-ci sinif şagirdi olan Ə. tərəfindən bıçaqlandığını deyib. Məlumata görə, hadisə dərs vaxtı olub.

Faktla bağlı araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR