Ağstafada məzunların arasında düşən dava bıçaqlanma ilə nəticələnib

Ağstafada məzunların arasında düşən dava bıçaqlanma ilə nəticələnib
# 14 iyun 2021 22:39 (UTC +04:00)

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

11-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Bayramlı Ramal Rüstəm oğlu bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal yaralı əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə son zəng tədbirindən sonra baş verib. R.Bayramlını sinif yoldaşı, 2004-cü il tüvəllüdlü Zeynallı Orxan Mirtalıb oğlu bıçaqlayıb. Hadisəni törədən şəxs Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. O, cinayəti törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR