Ağstafada minik maşını işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb

Ağstafada minik maşını işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb
# 30 iyul 2021 22:37 (UTC +04:00)

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarəetmədən çıxıb, nəticədə avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Qəza zamanı 1974-cü il təvəllüdlü Əsgərov Nurlan Baloğlan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR