Ağstafada motosiklet ağaca çırpılıb, sürücü xəsarət alıb

Ağstafada motosiklet ağaca çırpılıb, sürücü xəsarət alıb
# 24 iyul 2021 19:25 (UTC +04:00)

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Həsənsu kəndində qeydə alınıb.

1976-cı il təvəllüdlü Vəliyev Sahib Həmid oğlu idarə etdiyi motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib. Qəza zamanı motosiklet yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR