Ağstafada qadını ilan sancıb

Ağstafada qadını ilan sancıb
# 01 sentyabr 2021 08:37 (UTC +04:00)

Ağstafa sakinini ilan sancıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb.

Kənd sakini, 1951-ci il təvəllüdlü Şahsənəm Əhmədova ilan sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda vəziyyətinin normal olduğu bildirilir.

İlkin məlumata görə, qadın öz təsərrüfatında işləyən zaman ilan onu sancıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR