Ağstafada qatarın vurması nəticəsində ölən kişinin kimliyi məlum olub - YENİLƏNİB - VİDEO

Ağstafada qatarın vurması nəticəsində ölən kişinin kimliyi məlum olub - YENİLƏNİB  - VİDEO
# 29 sentyabr 2021 20:48 (UTC +04:00)

Ağstafada qatarın vurub öldürdüyü şəxsin kimliyi müəyyən olunub.

APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs Poylu kənd sakini, 1957-ci il təvəllüdlü Məmişov Camaldır.
Faktla bağlı araşdırma aparılır.

20:10

***

Ağstafada bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Hərəkətdə olan qatar ortayaşlı kişini vurub. O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR