Ağstafada yol qəzası olub, iki nəfər xəsarət alıb

Ağstafada yol qəzası olub, iki nəfər xəsarət alıb
# 18 iyul 2021 23:04 (UTC +04:00)

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

"VAZ 2106" markalı minik maşını ilə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR